Atıb getdin sən məni

Musiqi / Music : Qismət Əliyev ()
Sözləri / Lyrics : Qismət Əliyev ()

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – A hərfi

***
Ürəyim fəryad eylər,
Könlüm qan ağlar mənim.
Sənsiz qalan həyatım
Sönən bir şama bənzər.

Nəqərat:
Atıb getdin sən məni
Könül həmdəmim idin
Sənsiz yaşaya bilməm
Odlara saldın məni

İnsafın yoxmuş, gülüm,
Qəlbin necə daş imiş!..
Deyirdin ki, sevirəm,
Sendə vəfa bu imiş!..

***
Könül Kərimovanın ifasında