Əsgər mahnısı (Sən yaşa, Qarabağım!)

Musiqisi / Music : Adil Bəbirov (1934)
Sözləri / Lyrics : Dilsuz Mustafayev(1945)

Ayrıca bax / See also :

  1. Azərbaycan marşları / Azerbaijani marchs
  2. Azərbaycan melodiyaları – Ə hərfi
  3. Azərbaycan melodiyaları – S hərfi

***
Səmada parlasın fişənglər
Dinsin toplar, tüfənglər!
İrəli, ey şanlı ordumuz!
Azad olsun yurdumuz!

Nəqərat:
Sən yaşa, Qarabağım!
Şən yaşa, Qarabağım!
Durmuşuq keşiyində,
Min yaşa, Qarabağım!

Ey cəsur əsgərlər, biz yenə
Verək çiyin-çiyinə,
Tez qovaq hiyləgər düşməni,
Xilas edək Vətəni!

El bilir, əsgərdir adımız,
Sönməz ürək odumuz,
Qurbanıq bu ana torpağa,
… tək qalxdıq ayağa.

Qəm yemə, Qarabağ –
Dəyişər zaman:
Dağından, düzündən
Çəkilər duman…
Yenə əvvəlki tək
Gələr baharın,
Şövq ilə dillənər
Kamanın, tarın.
Qəhrəman oğluna,
Qızına inan.
Bir söz deyəcəyəm,
Sözümə inan:
Səhərlər səhəri,
Zəfərlər zəfəri
Sənin olacaq!

***
Elxan Əhədzadənin ifasında (25:21 – 28:31 dəqiqələrdə)