Ana kəndim

Musiqi / Music : Adil Gəray (1919-1973)
Sözləri / Lyrics : Gəray Fəzli (1925-1995)

Ayrıca bax / See also : Azərbaycan melodiyaları – A hərfi

***
Sən səhərin nəfəsilə,
Gözəllərin nəğməsilə
Oynayırsan gülə-gülə,
Ey mehriban ana kəndim!

Nəqərat:
Səhər sənin, zəfər sənin!
Sən çiçəkli bir bağısan
Algünəşli bu Vətənin.

Könül axır göy bağların,
Saf aynadır bulaqların.
Ağ günlərin, xoş çağların
Gəlməz saya, sana, kəndim!

Eşqin ilə dolub sinəm,
Görməmişəm nə dərd, nə qəm.
Mən arzuma yetişmişəm,
Sən şöhrətə-şana, kəndim.

***