Ana Vətən / Səndədir

Musiqi / Music : Ələkbər Tağıyev (1924-1981)
Sözləri / Lyrics : ()

Ayrıca bax / See also :

***
Nəfəsində gül ətrin,
Qolunda el gücü var.
Harda dolansan yenə,
Könlüm səni arzular.
Könlümü ara, bax,
Kamana, tara bax!
Mil, Muğan, Qarabağ səndədir!..

Nəqərat:
Sənsən varlığım, sənsən canımda,
Sənsiz ötməsin bircə anım da!
Ana Vətən, can Vətən,
Mən sənə qurban, Vətən!
Sən odlar yurdusan,
Qəlbimin odusan,
İşıqlı bu dövran səndədir!..

Eşqinlə axşam-səhər
Ötər sevimli Xəzər,
Qoynunda neçə minlər
“Can” deyib, “can” eşidər.
Pozulmaz bu ilqar,
Ömrümüz ilk bahar
Ürək açan nə var səndədir!..

***
Zeynəb Xanlarovanın ifasında