Aşıq dostum

0Musiqi / Music : Ələkbər Tağıyev (1924-1981)
Sözləri / Lyrics : Hüseyn Arif Hüseynzadə (1924-1992)

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – A hərfi

***
Aşıq dostum, bu dünyada
Biri gülməz, biri gülər.
Öz qəlbini dost-sirdaşla,
Var-yoxunu yar-yoldaşla
Biri bölməz, biri bölər…

Nəqərat:
Eldən elə qonaq gedək,
“Can” söyləyib “can” eşidək.
İnsanlara hörmət edək,
İnsanlara kömək edək.
Biri bilməz, biri bilər…

Doğma olub Hüseyn sənə,
Sənətdən söz düşüb yenə.
Bu gün öyünə-öyünə
Çoxdur döyən sinəsinə.
Biri ölməz, biri ölər…

***
Nisə Qasımovanın ifasında