Külək

0Musiqi / Music : Ələkbər Tağıyev (1924-1981)
Sözləri / Lyrics : Nəbi Xəzri (1924-2007)

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – K hərfi

***
Yenə payız gəldi qonaqlar kimi,
Soldu məhəbbətim yarpaqlar kimi.
Ürək pıçıldayır dodaqlar kimi,
Külək, niyə belə əsirsən, külək?
Niyə ümidimi kəsirsən, külək?

Sevgilim görüşə çağırmış məni,
Mən necə unudum olub-keçəni?
O deyir astaca: “Sevmirəm səni…”
Sən niyə sözünü kəsirsən, külək?
Külək, niyə belə əsirsən, külək?

O ürək ağrıtdı, ürək incitdi,
Bir eşqin sevimli nəğməsi bitdi.
Sanki məhəbbətim xəyaldı, getdi…
Külək niyə belə əsirsən, külək?
Səndəmi sevgimi gəzirsən, külək?

***
Səxavət Məmmədovun ifasında

Akif Süleymanbəlinin ifasında (saksafon, instrumental, jazz)