Mən baharın qızıyam

Musiqi / Music : Ələkbər Tağıyev(1924-1981)
Sözləri / Lyrics : Zivər Ağayeva

Ayrıca bax / See also :

  1. Azərbaycan melodiyalari – Q hərfi
  2. Azərbaycan melodiyalari – M hərfi

***
Bahar gələndə mən də
Bitirəm göy çəməndə.
Mən baharın qızıyam,
Köynəyi qırmızıyam.

Nəqərat:
Uçmağa yox qanadım,
Qızıl lalədir adım.
Çölü-düzü bəzərəm,
Əldən-ələ gəzərəm.

Başımda al şalım var,
Yanağımda xalım var.
Yeyilmərəm, acıyam,
Çiçəklərin tacıyam.

***
Nisə Qasımovanın ifasında (1973)