Sənsən həyatım

Musiqi / Music : Ələkbər Tağıyev (1924-1981)
Sözləri / Lyrics : Nəriman Həsənzadə (1931)

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – S hərfi

***
Ay sevgilim, çağır məni,
Gəlim, Sizə qonaq olum.
Əsim səhər yeli kimi,
Saçında daraq olum.
Durulum bağ gölü kimi,
Çağlayım dağ seli kimi,
Əsim səhər yeli kimi,
Saçında daraq olum.

Nəqərat:
Sevgilim, küsmə gəl!..
De, bir nədir günahım.
Ümidimi üzmə, gəl,
Təkcə sənsən pənahım.
Sevgilim, sevirəm,
sənsən qanadım mənim.
Sevgilim, sevirəm,
Sənsən həyatım mənim.

Qələm olsam, varağım ol,
Susuz olsam, bulağım ol.
Sən evim ol, otağım ol,
Mən yanan çırağın olum…

***
Nisə Qasımovanın ifasında