Sına, yar! (Hər möhnətə dözərəm)

Musiqisi / Music : Ələkbər Tağıyev (1924-1981)
Sözləri / Lyrics : Rəsul Rza (1925-1977)

Ayrıca bax / See also :

  1. Azərbaycan melodiyalari – H hərfi
  2. Azərbaycan melodiyalari – S hərfi

***
Ay ışığlı, göy ulduzlu olaydı,
Könlüm evi çırağandır bu gecə.
Nə bir çiçək, nə bir yarpaq solaydı,
Nə inciyib yardan küsən olaydı!..

Nəqərat:
Hər möhnətə dözərəm, dözərəm,
Sına məni, sına, yar, sına, yar!..
Əhdə çıxsam vəfasız, vəfasız,
Onda məni qına yar, qına, yar…
Bizi bir gün ayrı görsəm, ağ olar,
Könlüm sənin həsrətinlə dağılar.
Gündə yüz yol sənə qurban olardım,
Qorxuram ki, deyərlər, çox ağ olar…

Yar yolunda duman nədir, çən nədir!?..
Əllərinin hərarəti məndədir.
Dünya aləm bütün gözələ dönsə,
Mənim könlüm, mənim gözüm səndədir.

***
Rəşid Behbudovun ifasında