Anam, hardasan?

Musiqisi / Music : Asif Kərimov ()
Sözləri / Lyrics : Sərvər Şahbəyli (1962-2016)

Ayrıca bax / See also:  Azərbaycan melodiyaları – A hərfi

***
Anam mənim, səndən ayrı düşəli,
Həsrətlə yanmışam mən, gülməmişəm.
Ah-vayla günüm keçib dünyada,
Alıbdır dağımı çən, gülməmişəm.
İndi bu qəfəsdə çatmır nəfəsim,
Kəsir nəfəsimi bağlı qəfəsim.
Sənsiz yaşamağa gəlmir həvəsim,
İzin ver, yanına, qoynuna gəlim.

Nəqərat:
Ürək dözmür bu həsrətə – anam, gəl!..
Yandı bağrım, döndü közə – anam, gəl!..
Bircə anlıq qayıt, layla çal da, get,
Bu sınıq könlümü oxşa, al da, get!..

Bu geniş dünyada tənhayam indi,
Gözümün nuru, gəl, sonam, hardasan?
Hər adın gələndə göynədi içim,
Aradım, axtardım, anam, hardasan?
İnsaf olmaz imiş zalım fələkdən,
Ayrı saldı məni anam-mələkdən,
Dilsiz körpə ikən bağlı bələkdə
Hardan tapdı məni qüssə-qəm, həsrət?
Nədən tənha qaldım, nədir günahım?
Göyləri yandırır kədərli ahım,
Nə adla vəfasız dünyaya baxım?
İzin ver, yanına, qoynuna gəlim.

***
Mətanət İsgəndərlinin ifasında / Performed by Metanet Iskenderli