Axtarma məni (A. Kərimov)

Musiqisi / Music : Asif Kərimov ()
Sözləri / Lyrics : Sərvər Şahbəyli (1962-2016)

Ayrıca bax / See also:

  1. Azərbaycan xalq mahnısı “Axtarma məni”
  2. Niyaməddin Musayevin repertuarından “Axtarma məni” və Sami Yusufun repertuarından “Allahu akbar” mahnısı
  3. Məmmədbağır Bağırzadənin repertuarından “Axtarma məni” mahnısı
  4. Eldar Mansurovun “Axtarma məni, sevgilim” mahnısı
  5. Azərbaycan xalq mahnıları / Azerbaijani folk songs
  6. Azərbaycan melodiyaları – A hərfi

***
Ayrılıqla elə ağlatdın məni,
Dünya mənim olsa, gülə bilmərəm.
Bir saxta baxışa sən satdın məni,
Daha çağırsan da, gələ bilmərəm.

Nəqərat:
Sən elə ağlatdın, kor oldu gözüm,
Çətin, bir də gülsün həsrətdən üzüm,
Dərdindən əriyib yox oldum özüm,
Mən o mən deyiləm, axtarma məni,
Solmuş bir güləm, axtarma məni…

Keçdi ötən ömür, getdi heç kimi,
Zamanım geriyə dönəsi deyil,
Sınıq könlüm daha sevməz heç kimi,
Ruhum göylərdədir, enəsi deyil…

***
Mətanət İsgəndərlinin ifasında / Performed by Metanet Iskenderli