Aldatma məni

Musiqisi / Music : Eldar Mansurov (1952)
Sözləri / Lyrics : Vahid Əziz (1945)

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – A hərfi

***
Taleyim gəlmişdi mələk donunda,
İblis libasını görə bilmədim.
Bir çiçək kimiydin qışın sonunda,
Baharı görməyə macal vermədin.

Qismətin qarşında gücsüzəm deyə,
Hara sürüyürsən, hara gedirsən?
Tanrının gözündən yayınıb niyə
Mərdi qova-qova namərd edirsən?

Öz hökmünü öz əlinlə kəsib doğradın,
Taledən heç nəyi soruşmaq olmur.
Mən öz həyatımla barışammadım,
Çünki xəyanətlə barışmaq olmur.

Tanrıdan gizlənib ömür bağımdan,
Çırpırsan üzümə dumanı-çəni.
Mən səni bircə dəfə bağışlasam da,
Allah bağışlamaz, aldatma məni!

***
Flora Kərimovanın ifasında