Ayrılıq yağışı

Musiqi / Music: Rövşən Şərəfli
Sözləri / Lyrics: Məmməd Araz (1933-2004)

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – A hərfi

***
Gözümdə qaya bitdi yolunu gözləməkdən,
Gözüm yollarda itdi yolunu gözləməkdən,
Bir istək dolayında sən də belə əsirsən,
Son işıq zərrəsinin dalınca tələsirsən.

Nəqərat:
Yağır ayrılığın yağışı, qarı,
O görüş, o həsrət isinəcək mi?
Bir də aramıza o havaları
İsidən məhəbbət isinəcək mi?

Mən sənin sorağında, sən də mənim beləcə…
Ey ulduzum, biz axı arzular çevrəsində
İzbəiz gedirikcə, üzbəüz gəllik necə?

***
Brilliant Dadaşovanın ifasında