Təki sən səslə məni (E. İbrahimova)

Musiqi / Music : Elza İbrahimova (1938-2012)
Sözləri / Lyrics : Əlıağa Kürçayli (1928-1980)

Ayrıca bax / See also :

  1. Şahid Əbdülkərimovun “Təki sən səslə məni” mahnısı
  2. Ələkbər Tağıyevin “Təki sən səslə məni” mahnısı
  3. Azərbaycan melodiyalari – T hərfi

***
Harda olsan, gələrəm,
Təki sən səslə məni!
Darda olsan gələrəm,
Təki sən səslə məni!
Yaxınsan olsan ya uzaq,
Dərə olsan ya da dağ,
Məni kim saxlayacaq?
Təki sən səslə məni!

Yatmaram ellər ilə,
Əsərəm yellər ilə,
Gələrəm sellər ilə,
Təki sən səslə məni!..
Eşqə yurd isə sinəm,
Qocalıq gəlsə, nə qəm!?..
Dönərərəm, gəncləşərəm,
Təki sən səslə məni!..

Sənsən eşqim əməlim,
Gəlsə bir gün də ölüm,
Yetmərəm cana, gülüm,
Təki sən səslə məni!..
Eşqə yurd isə sinəm,
Qocalıq gəlsə, nə qəm!?..
Dönərərəm, gəncləşərəm,
Təki sən səslə məni!..

***
Gülağa Məmmədovun ifasında