Yar gəldi (E. İbrahimova)

Musiqi / Music : Elza İbrahimova (1938-2012)
Sözləri / Lyrics : Əli Kərim (1931-1969)

Ayrıca bax / See also :

  1. Adil Gərayın “Yar gəldi” mahnısı (Əli Kərimin eyni şeirinə) 
  2. Sevda İbrahimovanın “Yar gəldi” mahnısı (Əli Kərimin eyni şeirinə)
  3. Azərbaycan melodiyaları – Y hərfi

***
Oduna çox yanmışam,
Başına çox dolanmışam,
Yolunda dayanmışam,
Yar gəldi, yar gəldi, yar gəldi!

Nəqərat:
Əlində ipək dəsmal,
Yar gəldi, qurbanın olum!
Çəkmişəm həsrətini,
Dərdini, möhnətini.
Bu odur yoxsa xəyal?
Yar gəldi, yar gəldi, yar gəldi!

Qoymaram bir də gedə,
Yarını həsrətli edə.
Qoy, deyim mən yenə də,
Yar gəldi, yar gəldi, yar gəldi!

***
Flora Kərimovanın və Elxan Əhədzadənin ifasında