Yoxluğunu bilə-bilə

Musiqisi /Music : Elza İbrahimova (1938-2012)
Sözləri / Lyrics : Zivər Ağayeva

Ayrıca bax / See also : Azərbaycan melodiyaları – Y hərfi

***
Yanağımda göz yaşlarım
Düzülübdür gilə-gilə,
Gözləyirəm, sən siləsən,
Yoxluğunu bilə-bilə…

Ürəyimi eyləyib şam,
Zülmətlərdə dayanmışam,
Gözləyəcəm səhər, axşam
Yoxluğunu bilə-bilə.

Nəqərat:
Sənsiz dünyam geyib qara,
Qəlbim olub para-para,
Boylanacam bu yollara
Yoxluğunu bilə-bilə.
Solub qönçəm, solub gülüm,
Viran qalıb sevən könlüm,
Axtaracam səni, gülüm,
Yoxluğunu bilə-bilə.

Xəyallara dönəcəyəm,
Sənlə deyib-güləcəyəm,
Görüşünə gələcəyəm
Yoxluğunu bilə-bilə…

***

Flora Kərimovanın ifasında