Ağ çiçəyim

Musiqi / Music : Emin Sabitoğlu (1937-2000)
Sözləri / Lyrics : Nəbi Xəzri (1924-2007)

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – A hərfi

***
Səhər çağı göy meşədə
Dərdik səni, ağ çiçək.
Ağ əllərin hərarəti
Yox mu səndə, ağ çiçək?
Birdən birə ağ əllərdə
Təzələşdin, ağ çiçək.
Ağ əllərdə, elə bil ki,
Ağ atəşdin, ağ çiçək!

Nəqərat:
Çiçək, çiçək, ağ çiçəyim!
Ömrümə bəzək, ağ çiçəyim!

Gördüm səni bu gün başqa
Bir çəməndə, ağ çiçək.
Ağ əllərin hərarəti
Yox mu səndə, ağ çiçək?
Birdən birə ağ əllərdə
Təzələşdin, ağ çiçək.
Ağ əllərdə, elə bil ki,
Ağ atəşdin, ağ çiçək!

Soyuq-soyuq boylanırsan,
Söylə, neçin, ağ çiçək.
De, sən də mi həsrətlisən
Ağ əllərçün, ağ çiçək.
Birdən birə ağ əllərdə
Təzələşdin, ağ çiçək.
Ağ əllərdə, elə bil ki,
Ağ atəşdin, ağ çiçək!

***
Şövkət Ələkbərova ifasında