Aldada bildin

Musiqisi / Music : Emin Sabitoğlu (1937-2000)
Sözləri / Lyrics : Rüfət Əhmədzadə (1933-1988)

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – A hərfi

***
Sən eşqindən dönməz oldun,
Bu sevdayla məni izlədin,
Mən “yox” dedim, inanmadın,
Günlər, aylar keçdi, gözlədin.
Görüşünə gəlməz idim,
Sənə baxıb gülməz idim,
Mən heç belə bilməz idim,
Sevdiyim oldun, yar!..

Aldada bildin, aldada bildin,
Sən məni aldada bildin, yar!
Sahili idim, dəniz oldun,
Mənə candan əziz oldun.
Görüşünə gəlməz idim,
Mən heç belə bilməz idim,
Sevdiyim oldun, yar!..
Aldada bildin, aldada bildin,
Sən məni aldada bildin, yar!..

Eşq oduna yanmaz idim,
Nədən indi alışdım, yandım?
Sözlərinə inanmazdım.
Nədən oldu, indi inandım?
İnadımdan qaçan oldum,
Öz yuvamdan uçan oldum,
Sənə könül açan oldum,
Sevdiyim oldun, yar!..

Aldada bildin, aldada bildin,
Sən məni aldada bildin, yar!
Sahili idim, dəniz oldun,
Mənə candan əziz oldun.
İnadımdan qaçan oldum,
Öz yuvamdan uçan oldum,
Sənə könül açan oldum,
Sevdiyim oldun, yar!..

***
Zeynəb Xanlarovanın ifasında

Xədicə Abbasovanın 1988-ci il plastinkasında