Anama deyin (E. Sabitoğlu)

Musiqi / Music : Emin Sabitoğlu (1937-2000)
Sözləri / Lyrics : Eyvaz Borçalı (1938)

Ayrıca bax / See also :

  1. Azərbaycan xalq mahnısı “Anama deyin”
  2. Azərbaycan melodiyalari – A hərfi

***
Anama deyin,
Balası gələr
Dağları dələr,
Gözləri gülər…

Dağlara deyin,
Çəkməsin bir dəm
Dumandan pərdə,
Dözmərəm dərdə…

Yollara deyin,
Olsunlar yarım,
Tez görsün barı
Gözlərim yarı…

Gün keçər, aya dönər,
Su axar, çaya dönər,
Kişnəsə namərd atı,
Mərd toyu vaya dönər.

Bu dünya sirrli dünya,
Sirrləri dürlü dünya,
Gəlmişik, haçan gedək
Hərəmiz bir gün, dünya?

Deyirəm, düzəl, dünya,
Düzəlmir gözəl dünya.
Bir halal qazanc paya
Uzanır yüz əl dünya

Bu dağın başı buzlu,
Anamın aşı duzlu.
Öldürər içənləri, (Öldürərik şərləri)
Gözümün yaşı duzlu…

***
Niyaməddin Musayevin ifasında (“Atları yəhərləyin / Qanlı zirzəmi” filmindən)