Axtar sən məni

Musiqisi / Music : Emin Sabitoğlu (1937-2000)
Sözləri / Lyrics : Nəbi Xəzri (1924-2007)

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – A hərfi

***
Əzəldən heç belə bilməzdim səni
Qəlbimdə ilk arzu, ilk həvəs oldun.

Qışda bahar kimi
Çox gəzdim mən səni.
Yaz gəldi, qar kimi
Görünməz oldun.

İllər ötüb keçdi, arzular təki.
İndi səhər-axşam axtar sən məni.

Qışda bahar təki,
Yazdasa qar təki,
Axtarsan nə qədər
Tapmazsan məni.