Ağla, ürəyim, ağla!..

Musiqisi / Music : Hikmət Mirməmmədli (
Sözləri / Lyrics : Dilarə Şahidqızı

Ayrıca bax / See also :

  1. Eldar Mansurovun “Ağla, yağışım, ağla” mahnısı
  2. Azərbaycan melodiyalari – A hərfi

***
Saçlarıma düşüb dən,
Bilirsən, düşüb nədən,
Çəkdiyim bu həsrətdən
Ağla, ürəyim, ağla!..

Nəqərat:
Eşqim toxundu daşa,
Olmadım yarla qoşa.
Baxma axan göz yaşa,
Ağla, ürəyim, ağla!..

Ömür keçir, gün keçir,
Ay dolanır, il keçir,
Qəmlə hər günüm keçir,
Ağla, ürəyim, ağla!..

Yara könül bağladım,
Bulaq kimi çağladım.
Həzin-həzin ağladım,
Ağla, ürəyim, ağla!..

Arzu çox, ömür yarı,
Dolayıdır yolları,
Susma, sən dillən barı,
Ağla, ürəyim, ağla!..

***