Aldatmayaq bir birimizi

Musiqi / Music : Hacı Xanməmmədov (1918-2005)
Sözləri / Lyrics : Zivər Ağayeva (1934-2015)

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – A hərfi

***
Xoş deyilsə arzu-dilək,
Daşa dönüb donsun ürək,
Ovutmaqçun qəlbimizi
Aldatmayaq bir birimizi!

Nəqərat:
Vəd etməyək göydə Ayı,
Bir birimizə bu dünyanı!
Necə böllük biz dənizi?
Aldatmayaq bir birimizi!

Ürəyini vermə dilə,
“Qanqal” demə qızılgülə,
Yalanlaşar bu Yer üzü,
Aldatmayaq bir birimizi!

Bir ömürçün əsə-əsə,
Gəl, düşməyək min həvəsə!
Tərk edəcək ömür bizi,
Aldаtmaуaq biг-biгimizi.

***
Şövkət Ələkbərovanın ifasında