Ayrılığa dözərəm mən

Musiqi / Music : Kəmaləddin Heydərov (1961)
Söz / Lyrics : Baba Vəziroğlu (1954)

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – A hərfi

***
Aylar keçər, dolanar il,
Səni deyib gəzərəm mən.
Ayrılıq ki, ölüm deyil
Ayrılığa dözərəm mən…

Nəqərat:
Gəlməsən də, tək sənə yaram mən,
Sən var olsan, bil ki, varam mən.
Yalnız səndən nigaranam mən,
Ölmərəm, dözərəm sənsiz…

Nə dünyadan, nə də səndən,
Öz bəxtimdən küsərəm mən.
Sən nigaran qalma məndən,
Ayrılığa dözərəm mən.

***
Zülfiyyə Xanbabayevanın ifasında