Arzum mənim

Musiqi / Music : Mehriban Əhmədova (1963)
Sözləri / Lyrics : Fikrət Qoca (1935)

Ayrıca bax / See also :

  1. Azərbaycan melodiyalari – A hərfi
  2. Mehriban Əhmədovanın “Arzum” mahnısı
  3. Ələkbər Tağıyevin “Arzular” mahnısı
  4. Tofiq Quliyevin “Arzular” mahnısı
  5. Nailə Mirməmmədlinin “Arzular” mahnısı
  6. Nailə Mirməmmədlinin “Arzular məndən uzaq” mahnısı

***
Mənim dostum gözəl arzular,
İnsan kimi canlı arzu var.
Arzunun da gözəl üzü var,
Arzunun da şirin sözü var.

Nəqərat:
Qəlbə – həyan, yola – yoldaş,
Yaxın həmdəm, yaxın sirdaş.
Min şirin söz qonar nəğməyə,
Arzum mənim dönər nəğməyə.
Arzum mənim dönər səhərə,
Məni səslər uzaq səfərə.

Arzum mənim nurlu günəşim,
Xoş günlərim, şirin gülüşüm.
Sənsiz dünya olar işıqsız,
Nə gözəldir sənin gəlişin.

***