Ata

Musiqi / Music : Mehriban Əhmədova (1963)
Sözləri / Lyrics : Fikrət Qoca (1935-2021)

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – A hərfi

***
Mənim mavi nağıllarım
Sona yetdi, gəlməz oldu.
Adı şirin, özü şirin,
Atam getdi, gəlməz oldu.

Nəqərat:
Hər tərəfdən səsin gəlir,
Xəyalımda üzün gülür.
Bəlkə, ruhun məni görür,
Bəlkə, səsim sənə çata.
Yerim, göyüm, günüm sənsən,
Sənsən, əziz ata!

Ata, sənlə ürəyimin
Ərki, hökmü, sözü getdi.
Kövrək gənclik illərimin
Vaxtı bitdi, özü getdi.

Ata, əziz xatirədi,
Sənli günlər gözəl çağlar.
Sənsiz qalmış ürəyimdə,
Həzin-həzin kaman ağlar.

***