Arzular (Nadir Əzimov)

Musiqi / Music : Nadir Əzimov(1963)
Sözləri / Lyrics : İsmayıl Dadaşov (1957)

Ayrıca bax / See also:

  1. Tofiq Quliyevin “Arzular” mahnısı”
  2. Eldar Mansurovun “Arzular” mahnısı
  3. Ələkbər Tağıyevin “Arzular” mahnısı
  4. Nailə Mirməmmədlinin “Arzular” mahnısı
  5. Nailə Mirməmmədlinin “Arzular məndən uzaq” mahnısı
  6. Oqtay Kazıminin “Arzular qovuşanda” mahnısı
  7. Azərbaycan melodiyaları – A hərfi

***
Arzuların kölgəsində
Hey dolanır Yer kürəsi,
Bizim ilə yaşayırlar,
Yox sahili, son nöqtəsi…
Bir qisməti yaşayırıq,
Həyat hakim, biz müqəssir,
Ağ-qaralı bu dünyada
Arzu qismətdən çox tələsir.

Nəqərat:
Hər arzumuz zaman-zaman
Bizim ilə qanad açır (nəfəs alır) hər an,
İstəyinə çatmaq üçün
Uşaq kimi qaçır insan…

Tükənməyir arzum mənim,
Bu sinəmdə tutmur yaram,
Arzuların kölgəsində
Ümid dolu öz dünyam var.
Bir qisməti yaşayıram,
Həyat hakim, mən müqəssir,
Ağ-qaralı bu dünyada
Arzu qismətdən çox tələsir.

***
Mübariz Tağıyevin ifasında (58:15 – 1:02:56 dəqiqələrdə)