Adını demərəm

Musiqi / Music : Nazim Quliyev (1950)
Söz / Lyrics : Molla Pənah Vaqif (1717-1797)

“Xocalı” operasından xanəndənin mahnısı.

Ayrıca bax / See also :

***
Başına döndüyüm toy adamları,
Siz də deyin, toya gələn oynasın.
Adını demərəm, eldən ayıbdır,
Filankəsin qızı, filan oynasın.
Məni bu dərdlərə salan oynasın.

Nəqərat:
Bir tuba boyludur; boyu novrəstə,
Həsrətin çəkməkdən olmuşam xəstə.
Işarət eylərəm anlayan dosta,
Dostunun qədrini bilən oynasın.
Mən Molla Vaqifəm, eylərəm əfğan,
Gözlərim də yaş yerinə tökər qan,
Uzun boylu, yeniyetmə, növcavan, –
Məni bu dərdlərə salan oynasın.

Nə müddətdir, ona güvənən bizik,
Həsrətin çəkməkdən canımız üzük.
Hər əlinə alıb bir danə üzük,
Üzüyü dəstinə alan oynasın.

***
Gülüstan Əliyevanın ifasında

Gülyaz Məmmədovanın ifasında