Aparma qəlbimi

Musiqisi / Music : Nəriman Məmmədov (1927-2015)
Sözləri / Lyrics : İbrahim Göyçaylı (1936-2007)

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – A hərfi

***
Günəş nur səpibdir səhər üzünə,
O səhər qəlbimdə nəğmə oxuyur,
Odlu yanağına, odlu gözünə
Təbiət nə gözəl naxış vurubdur!

Nəqərat:
Qoşa yol gəlibdi səninlə bahar,
Düzlərdən yoluna boylanıb lalə,
Qəlbimdən qəlbinə bir sevda baxar,
Aparma qəlbimi gözəlliyinlə.

Dəyəndə saçına səhər nəfəsi
Gözəllər boylanar, donar yerində.
Qırılıbdır qəlbimin zərif şüşəsi
O incə, o zərif gülüşlərindən.