Aman, Tello!.. (O. Kazımi)

Musiqisi / Music : Oqtay Kazımi (1932-2010)
Sözləri / Lyrics : Vahid Əziz (1945)

Ayrıca bax / See also :

  1. Azərbaycan xalq mahnısı “Aman, Tello!”
  2. Hacı Xanməmmədovun “Telli” mahnısı
  3. Azərbaycan melodiyalari – A hərfi

***
Çağırdım – səsi gəldi,
Bahar nəfəsi gəldi!
Görməsəydim Tellonu,
Ümidim kəsilərdi…

Nəqərat:
Aman, Tello, Tellocan, Tello!
Canım Tello, Tellocan, Tello!
Həsrətinə yanaram, Tello!
Bulaqların gözü doldu,
İncitmədim, özü doldu.
Tello, məni yoldan edən
Sənin qara gözün oldu.

Pəncərəm hamar olar,
İlmələr durna olar,
Payızda köçən qızlar,
Baharda ana olar.

***
Məmmədbağır Bağırzadənin ifasında