Aman, yar! (O. Kazımi)

Musiqisi / Music : Oqtay Kazımi (1932-2010)
Sözləri / Lyrics : Rüfət Zəbioğlu (1932-1983)

Ayrıca bax / See also:

***
Sən çalan kamanam mən,
Dərdinə yananam mən,
Qaynar baxışlarından
Od tutub yananam mən.

Aman, aman, yar! Canım, aman, yar!
Məni nahaqdan oda salan yar!

Olmasın dünya sənsiz,
Yer sənsiz, dərya sənsiz.
Sənsiz Günəş qəribdir,
Ulduzlar tənha sənsiz.

Aman, aman, yar! Canım, aman, yar!
Məni nahaqdan oda salan yar!

Gördüm səni çəməndə,
Güllər şehdə çiməndə,
Vüsalını qovurdum,
Hicran düşdü kəməndə.

Aman, aman, yar! Canım, aman, yar!
Məni nahaqdan oda salan yar!

***
Qaya qrupunun ifasında