Aldandın şöhrətə

Musiqi / Music : Qulu Əsgərov (1928-1987)
Sözləri / Lyrics : Abbasəli Sarovlu

Ayrıca bax / See also :

  1. Azərbaycan melodiyalari – A hərfi
  2. Azərbaycan melodiyalari – İ hərfi

***
Aldandın şöhrətə, aldandın, adam!
Özün öz əlinlə, gözəl, satıldın sən yada.
Sənin kimi cəllad var mı dünyada?
Sinə çəkdiyin, gözəl, bu dağa bir bax!

Nəqərat:
Mən yanan atəşə, görüm, sən də yan!
Yaram göz-göz oldu halıma ağlayan,
Qəlbim kimi həzin-həzin ağlayan
İlk eşqin şahidi, gözəl, bulağa bir bax!

O şirin gülüşlər al dodağında
Məni ağlar qoyub getdin, gözəl, cavan çağımda…
Viranə könlümün qəm otağında
Söndürüb getdiyin, gözəl, çırağa bir bax!

***
Qulu Əsgərovun ifasında