Ay mirvari dalğalar

Musiqisi / Music : Ramiz Mirişli(1934-2015)
Sözləri / Lyrics : İslam Səfərli (1923-1974)

Mahnı 1963-cü ildə yazılıb, bəstəkarın ilk mahnısıdır. İlk ifaçısı Şövkət Ələkbərova (1922-1993) olub.

Ayrıca bax / See also :

  1. Fuad Qədimovun “Dalğalar” mahnısı
  2. Azərbaycan melodiyalari – A hərfi
  3. Azərbaycan melodiyalari – S hərfi

***
Siz qaynar həyatsınız,
Nəğməyə qanadsınız,
Sahili şən dalğalar, a
Ay öpüşən dalğalar.

Nəqərat:
Sevgilim dənizdədir,
Ağ yelkəni üzdədir,
Yatın barı, dalğalar,
Ay mirvari dalğalar.

Qoy, bilsin o aybəniz,
Sinəmdədir göy dəniz,
Sahili şən dalğalar,
Ay öpüşən dalğalar.

***
Şövkət Ələkbərovanın ifasında

Səxavət Məmmədovun ifasında