Ay qəlbi kövrək!

Musiqisi / Musiqisi : Ramiz Mirişli (1934-2015)
Sözləri / Lyrics : Fikrət Qoca (1935)

Mahnı 1971-ci ildə yazılıb, məxsusi Zeynəb Xanlarova üçün. İlk ifaçısı Zeynəb Xanlarova olub.

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – A hərfi

***
Bir kəlmə sözüm dəydi xətrinə.
Ay qəlbi kövrək, nə dedim sənə?
Yada saldım, xəbər aldım,
Səni yollardan, güllərdən mən.

Nəqərat:
Bulaq qaynadı, məni qınadı,
Yandı lalələr utandığından.

Güllər oyandı, əlvan boyandı,
Eşqimin odu qəlbimdə yandı.
Yada saldım, xəbər aldım
Səni yollardan, güllərdən mən.

Nəqarət:

***
Zeynəb Xanlarovanın ifasında