Azərbaycan (R. Mirişli)

Musiqi / Music : Ramiz Mirişli (1934-2015)
Sözləri / Lyrics : Vüqar Əhməd (1963)

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – A hərfi

***
Azərbaycan Vətənimə,
Şirin-şəkər bal dilimə,
Qurban olum öz elimə,
Canım, gözüm, Azərbaycan!..

Nəqərat:
Mənim ulu məmləkətim,
Sənə bağlı səadətim,
Sənsən eşqim, məhəbbətim,
Canım, gözüm, Azərbaycan!..
Doğma diyar, mənim dünyam,
Qanad açan sirrli röyam,
Məhəbbətim, şirin sevdam,
Canım, gözüm, Azərbaycan!..

Hər daşına canım qurban,
Zirvələrdə məğrur dayan!..
Cəngi çal, ey qoca ozan!..
Canım, gözüm, Azərbaycan!..

***
Mətanət İsgəndərlinin ifasında