Anam yadıma düşdü

Musiqisi / Music : Ramiz Mustafayev (1926-2008)
Sözləri / Lyrics : Mirvari Dilbazi (1912-2001)

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – A hərfi

***
İlıq küləklər əsdi,
Yaz gəlməyə tələsdi.
Mənim ürəyim əsdi,
Anam yadıma düşdü…

Nəqərat:
Bənövşə dəstə-dəstə,
Qızılgül yarpaq üstə.
Sular axır ahəstə,
Anam yadıma düşdü…

Çeşmə gördüm, dayandım,
Alışdım, oda yandım.
Xəyallardan oyandım,
Anam yadıma düşdü.

***
Şövkət Ələkbərovanın ifasında

 

 

 

Səxavət Məmmədovun ifasında

 

Reyhan Rəcəbovanın ifasında

 

 

 

 

Qəndab Quliyevanın ifasında