Aşıq mahnısı

Musiqisi / Music : Ramiz Mustafayev (1926-2008)
Sözləri / Lyrics : Aslan Aslanov (1926-

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – A hərfi

***
Əlvan çöllər bəzənibdir – yaz gəlir,
Hər tərəfdən yenə min avaz gəlir,
Aşıq dostum sinəsində saz gəlir,
Nə gözəldir xoş baharı yurdumun!

Bəhrə verir kolxozçunun əməyi,
Ötür bizim çobanların tütəyi,
Xal-xal olmuş göy dağların ətəyi,
Səfalıdır yaylaqları yurdumun.

Şən böyütmüş Ana Vətən bizləri,
Becəririk tarlaları, düzləri,
İşıqlıdır elimizin səhəri,
Dinc həyatdır, ilk şüarı yurdumun.