And içirik!

Musiqi / Music : Şahin Musaoğlu (1963)
Sözləri / Lyrics : Şahin Musaoğlu (1963)

Ayrıca bax / See also :

  1. Azərbaycan marşları, hərbi mahnıları / Azerbaijani military songs, marchs
  2. Azərbaycan melodiyalari – A hərfi

***
Köksümüzü sipər keçdik irəli,
Öpdük şəhid qanı mübarək yeri,
Qisasını yağılardan biz alağıq,
O sevgili bir bayrağı qaldıracağıq!

Nəqərat:
And içirik, and içirik, and içirik biz
Babalardan qalmış ulu torpağa!
Parlayacaq üzü nurlu xoş bir sabaha.
And içirik, and içirik, and içirik biz
Diz çökərək o üç rəngli uca bayrağa!
Yolumuzda ümidimiz yalnız Allaha!

Al qoynuna bizi, Vətən, ey şanlı diyar!
Uğurunda can verməyə neçə oğul var!
Qisasını yağılardan biz alacağıq,
O sevgili bir bayrağı qaldıracağıq!

Güc alaraq al Günəşdən tunc bədənimiz,
Bükülməzdir qollarımız, haqdır səsimiz!
Qisasını yağılardan biz alacağıq,
O sevgili bir bayrağı qaldıracağıq!

***
Şəmistan Əlizamanlı və Xor ifasında