Axı, mən nə dedim?

Musiqisi / Music : Şəfiqə Axundova (1923-2014)
Sözləri / Lyrics : Nəbi Xəzri (1924-2007)

Ayrıca bax / See also:

***
Axı, mən nə dedim, toxundu sənə?
Məndən ayrı gəzdin, ayrı dolandın,
Könlümdə çağladı arzular yenə.
Sən də çaylar kimi coşdun, bulandın.

Heç kimə açmadım mən öz dərdimi,
Sən də, mən də keçən günləri saydıq.
Bilmirəm, ürəyim heç dözərdi mi,
Bu gün gülə-gülə barışmasaydıq.

Sevinsin qəlbimiz, möhnət olmasın,
Gülsün ömrümüzə yenidən bahar.
Ayrılıq heç kəsə qismət olmasın,
Küsüb barışmağın öz ləzzəti var.

***
Sara Qədimovanın ifasında