Dostlar olmasa

Musiqisi / Music: Şəfiqə Axundova (1924-2014)
Sözləri / Lyrics : Mikayıl Müşviq (1908-1938)

Ayrıca bax / See also :

  1. Azərbaycan melodiyaları – D hərfi
  2. Musiqi tap / Search for music (alphabetically)

***
Könül, səndə yenə həyəcan mı var?
Uçub qalxmadığın asiman mı var?
Söylə, sənin kimi bu asimanda
Tufan rəqqasəsi bir tərlan mı var?

Hər tərəfdə quran toy-busat mənəm,
Ulduzlarla edən ixtilat mənəm.
Mənim azadlığım qucağa sığmaz,
Yer mənəm, göy mənəm, kainat mənəm!

Yazmaram, ürəyim sizi anmasa,
Sizin eşqinizlə alovlanmasa,
El kəsib qarşımı burdaca sorduq:
Gözdən yaş çıxar mı, ürək yanmasa?

Qönçə aşılar mı, bahar olmasa?
Şölə titrəyər mi, rüzgar olmasa?
Bu nəğmə ruhumdan qopar mı, bilməm,
Mənə ilham verən dostlar olmasa?!