Gözlərinə toxundu

Musiqisi / Music: Şəfiqə Axundova (1924-2014)
Sözləri / Lyrics : Tofiq Mütəllibov (1929-1992)

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – G hərfi

***
Göy üzündə şimşək çaxdı, elə bil,
Çaylar daşdı, sellər axdı, elə bil,
Maral süzdü, ceyran baxdı, elə bil,
Baxışından ilk məhəbbət oxundu,
Gözüm sənin gözlərinə toxundu…

Nəqərat:
Qatarlaşıb (qanadlanıb) sanki uçdu buludlar,
Göy üzündə qanad açdı buludlar…
Nəğmə dedi al çiçəklər, göy otlar,
Baxışından ilk məhəbbət oxundu,
Gözüm sənin gözlərinə toxundu…

Görüşümüz şirin oldu bal kimi,
İntizarın kiçildi bir xal kimi,
Danışmadıq, biz dayandıq lal kimi,
Baxışından ilk məhəbbət oxundu,
Gözüm sənin gözlərinə toxundu…

***
Nəzakət Məmmədovanın ifasında