İlk xatirələr (Ş. Axundova)

Musiqisi / Music: Şəfiqə Axundova (1924-2013)
Sözləri / Lyrics : Səməd Vurğun (1906-1956)

Ayrıca bax / See also :

  1. Məmmədbağır Bağırzadənin “Xatirələr” mahnısı
  2. Mövsün Əhmədin “Xatirələr” mahnısı
  3. Nadir Əzimovun “Xatirələr” mahnıs
  4. Hacıbaba Həsənovun “Xatirələr” mahnısı
  5. Elza İbrahimovanın “Xatirələr” mahnısı
  6. Sevda İsgəndərovanın “Xatirələr” mahnısı
  7. Nailə Mirməmmədlinin “Xatirələrim” mahnısı
  8. Bəhram Nəsibovun “Xatirəsən, yar!” mahnısı
  9. Süleyman Ələsgərovun “Xatirə” mahnısı
  10. A. Makovskinin “Xatirə” mahnısı
  11. Abbas Soltanoğlunun “Xatirə” mahnısı 
  12. Qəmbər Hüseynlinin “İlk xatirələr” mahnısı
  13. Azərbaycan melodiyaları – İ hərfi

***
Üfüqlər qızarır al güllər kimi,
Günəş boy göstərir, açılır səhər,
Yağışın qəlbimə bülbüllər kimi,
Ey ilk xatirələr, ilk xatirələr!

Mən onu sevmişdim bir saf ürəklə,
O, mənim sevgimi duysaydı əgər…
Girin pəncərəmdən əsən küləklə,
Ey ilk xatirələr, ilk xatirələr!

İndi mən piyada, siz atlısınız,
Qaldı mı eşqimdən kiçik bir əsər?
Nədəndir, gah acı, gah dadlısınız,
Ey ilk xatirələr, ilk xatirələr!

***
Şövkət Ələkbərovanın ifasında (===> səs yazısı mp3 biçimində <=== )