Gözləyirəm yolunu / İntizar (Ş. Axundova)

Musiqisi / Music: Şəfiqə Axundova (1924-2014)
Sözləri / Lyrics : Mirzağa Atəş (1935-2002)

Qaynaq / Source:

  1. Heydar Əliyev fondunun təqdimatında – Karaoke (Azərbaycan bəstəkar mahnıları kolleksiyası), səh. 22.

Ayrıca bax / See also:

  1. Bəhram Nəsibovun “Gözləyirəm yolunu” mahnısı
  2. Ramiz Mustafayevin “Yolunu gözləyirəm” mahnısı
  3. Rübail Əzimovun “Yolunu gözləyirəm” mahnısı
  4. Eldar Mansurovun “Yolunu gözləyirəm” mahnısı
  5. Nəriman Məmmədovun “İntizar” mahnısı
  6. Səid Rüstəmovun “İntizar” mahnısı
  7. Nüşabə Muradovanın “İntizar” mahnısı
  8. Cavanşir Quliyevin “İntizar” mahnısı
  9. Firəngiz Əlizadənin “İntizar” operası
  10. Azərbaycan melodiyaları – G hərfi
  11. Azərbaycan melodiyaları – İ hərfi
  12. Azərbaycan melodiyaları – Y hərfi

***
Yenə sənsiz bu axşam
Yuxum qaçmış gözümdən.
Səni deyib durmuşam,
Xəbərim yox özümdən.

Nəqərat:
Hardasan, sevgilim?
Gəl, gəl, gəl, gəl,
Gözləyirəm yolunu…
Hardasan, sevgilim,
Gəl, gəl, gəl, gəl,
Sal boynuma qolunu.
Səmadan qopub düşən
Yanar bir ulduzam mən.
Sönüb odum, alovum,
Tənhayam, yalqızam mən.

Gecə yumur gözünü,
Gəl, gözümün işığı!..
Tez ol, yetir özünü,
Evimin yaraşığı!..

***
Elmira Rəhimovanın ifasında

Manana Caparidzenin ifasında

Səyyad Əlizadə və Mətanət İsgəndərlinin ifasında