Kölgəm qədər yaxınsan (Ş. Axundova)

Musiqisi / Music : Şəfiqə Axundova (1924-2014)
Sözləri / Lyrics : Bəxtiyar Vahabzadə (1925-2009)

Ayrıca bax / See also :

  1. Niyaməddin Musayevin “Kölgəm qədər” mahnısı
  2. Azərbaycan melodiyalari – K hərfi

***
Ayrılığın eylədi
Könlümü dağ-dağ, gülüm.
Qış kimi düşüncəli,
Yaz kimi oynaq, gülüm!

Nəqərat:
Kölgəm qədər yaxınsan,
Ancaq tuta bilmirəm.
“Unut” demək asandır,
Ancaq tuta bilmirəm.

Soyuqluğun könlümə
Saldı qara xal, gülüm.
Dəniz kimi dalğalı,
Heykəl kimi lal, gülüm.

Bəs nəyədir gümanın,
Ay gümanlı gümansız?
Könül kimi vəfalı,
Ağıl kimi amansız!..

Gecə kimi düşüncəli,
Gündüz kimi şən, gülüm.
İki hissi əlində,
Gəl, oynama sən, gülüm.

***
İlhamə Quliyevanın ifasında