Könül təranəsi

Musiqisi / Music: Şəfiqə Axundova (1924-2014)
Sözləri / Lyrics : İsgəndər Coşğun (1931-1996)

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – K hərfi

***
Yenə də ayrılıq, yenə də hicran,
Çəkib qılıncını kəsdi yollarını.
Qayanı çən aldı, dərəni duman,
Ələndi başıma dağların qarı.

Nəqərat:
Gözlərəm, bir il də, on il də olsa,
Hansı bir obada, bir eldə olsa,
Qəlbimə min şübhə, kədər-qəm dolsa,
Unudan deyiləm əhdi-ilqarı.

O gələn günə mən qurban demişəm,
Bir canım olsa da, yüz can demişəm.
Mənim ki yol çəkmək olubdur peşəm,
Heç kəs düşməsin yarından ayrı!

***
Tükəzban İsmayılovanın ifasında