Neyçün gəlməz?

Musiqisi / Music : Şəfiqə Axundova (1924-2014)
Sözləri / Lyrics : Azərbaycan bayatıları, Şövkət Məmmədovanın “Natəvan” pyesindən

Qaynaq / Sources :

  1. ..

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – N hərfi

***
Əzizim qəlbiləndi,
Ay doğdu, qəlbiləndi.
Nəyə desən and içim,
Bu qəlb, o qəlb iləndi…

Nəqərat:
Qoyubdur intizarında,
Neyçün gəlməz, neyçün gəlməz?..
Həmişə ahu-zarında,
Neyçün gəlməz, neyçün gəlməz…
Könüldə ahu-zarım var,
Nə səbrü qərarım var,
Deməz, bir qəmli yarım var,
Neyçün gəlməz, neyçün gəlməz?..

Əziziyəm, oyan gül,
Oyan, bülbül! Oyan, gül!
Könül fəqan eyləyir,
Nə yatmısan?! Oyan, gül!..

***
Qədir Rüstəmovun ifasında

Rüstəm Quliyevin ifasında