Sevilməkçün gəlmisən

Musiqisi / Music : Şəfiqə Axundova (1924-2014)
Sözləri / Lyrics : Bəxtiyar Vahabzadə (1925-2009)

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – S hərfi

***
Dünya gülür gözümdə,
Səndən söz açanda mən.
Min il danışmaq olar, ay gözəl,
Bircə təbəssümündən, ay gözəl!

Nəqərat:
Könlümün ilk arzusu,
İlk səsi deyim sənə.
Hər il gələn baharın
Müjdəsi deyim sənə.
Arzumun heykəli tək,
Könlümdə yüksəlmisən, ay gözəl!
Sən bu qoca dünyaya
Sevilməkçün gəlmisən, ay gözəl!

Gözlərindən bilirəm
Qəlbindəki sözünü.
Güzgünü neyləyirsən, ay gözəl?
Üzümdə gör özünü, ay gözəl!

***