Ürəyim səni anar

Musiqi / Music : Şəfiqə Axundova (1924-2014)
Sözləri / Lyrics : Adil Babayev (1938)

Qaynaq: Ş. Axundova. “Mahnı və romanslar” kitabı (fortepiano üçün oxumaq, notları). Bakı, “Azərnəşr”, 1958, bax s. 28-34.

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – Ü hərfi

***
Ulduzlar göydə yanır,
Ağ buluddan boylanır.
Baxıram üfüqlərə,
Ürəyim səni anır.

Çeşmələr duru, sərin,
Eşqim göylərdən dərin.
Nə böyük dərdi varmış
Ürəkdən sevənlərin!

Sən düşəndə yadıma
Şeirim çatır dadıma,
Fəxr elərəm aşiqin
Söyləsələr adıma.

***