Yaradan əllər

Musiqisi / Music: Şəfiqə Axundova (1924-2014)
Sözləri / Lyrics : Bəxtiyar Vahabzadə (1908-1938)

Ayrıca bax / See also: Azərbaycan melodiyaları – Y hərfi

***
Dünyada gördüyün hər gözəlliyi
Yaratmış, yaradır hər zaman əllər.
Nə zərif, nə incə, nə gözəl, nə ağ,
Gözəldir həmişə yaradan əllər!
Yaradan əllər, yaradan əllər!

Əlin gözəlliyi qabarındadır,
Hünər də ondadır, şan da ondadır.
Hər insan şöhrətə hünərlə çatır,
Gözəldir zəhmətə sarılan əllər!
Yaradan əllər, yaradan əllər!

Zəhmətin qüdrəti dağı bağ eylər,
Qaranlıq yolları çilçıraq eylər,
Alnı açıq eylər, üzü ağ eylər.
Gün altında yanan, qaralan əllər,
Yaradan əllər, yaradan əllər!