Zəfər marşı

Musiqi / Music : Şəfiqə Axundova (1924-2014)
Sözləri / Lyrics : Zeynal Cabbarzadə (1920-1977)

Qaynaq: Ş. Axundova “Zəfəq marşı (fortepiano üçün oxumaq, notları, PDF). Bakı, “Azərnəşr”, 1946.

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – Z hərfi

***
Üfüqlərdən nur ələnsin, işıqlatsın yolumuzu,
Qarı düşmən əyə bilməz bizim polad qolumuzu.
Əziz Vətən, əziz rəhbər bu gün sizin yolunuzda
Göndəririk vuruşlara qızımızı, oğlumuzu.
Qoy, topların, mərmilərin guruldasın, Ana Vətən!
Azadlığın yollarında addımlayaq əsgər kimi;
Qoy, müqəddəs torpağımız bulaşmasın qana, Vətən!
Namus ilqar qəlbimizdə, dilimizdə əzbər kimi.

Çiçəklənsin bağlarımız, yaşıl geysin dağlarımız.
Göllərində üzsün yenə yurdumuzun sonaları,
Qoy, var olsun azad günlər, bu xoş keçən çağlarımız!
Qoy, yaşasın əziz ata, böyük ellər xilaskarı!
Qoy, topların, mərmilərin guruldasın, Ana Vətən!
Azadlığın yollarında addımlayaq əsgər kimi;
Qoy, müqəddəs torpağımız bulaşmasın qana, Vətən!
Namus ilqar qəlbimizdə, dilimizdə əzbər kimi.

***