Azərbaycan polisi

Musiqi / Music : Süleyman Ələsgərov (1924-2000)
Sözləri / Lyrics : A. Qurbani

Ayrıca bax / See also :

  1. Azərbaycan marşları, hərbi mahnıları
  2. Azərbaycan melodiyalari – A hərfi

***
Mübariz, keşikdə dəyanətlidir,
Mətindir, dönməzdir, cəsarətlidir,
Vətənə, torpağa sədaqətlidir
Bizim Azərbaycan polisi!

Nəqərat:
Qorxutmaz nə boran, nə də qar onu,
Yolundan sapdırmaz quzğun, sar onu.
Yaşıl işıq onun, çətin yol onun!
Azərbaycan polisi!

Yol gedir sabaha üzü zəfərə,
İlhamlı günlərə, aydın səhərə,
Arxadır, köməkdir hər an rəhbərə
Bizim Azərbaycan polisi.

Nəqərat:
Keşikdə hər zaman oyaqdır, oyaq!
Haqqa-ədalətə dayaqdır, dayaq!
Başının üstündə üçrəngli bayraq
Azərbaycan polisi, hey!

***
Kənan Qədimovun ifasında